BDU-da ”Bioloji proseslərin təhlilində riyaziyyatın rolu” mövzusunda ustad dərsi

01/05/2023

Bakı Dövlət Universitetində (BDU) Biologiya fakültəsinin əməkdaşları, gənc tədqiqatçıları və tələbələri üçün bioinformatika sahəsində tanınmış mütəxəssis, Böyük Britaniyanın York Universitetinin Struktural biologiya labaratoriyasının professoru, əməkdar elm xadimi Qərib Mürşüdov tərəfindən “Bioloji proseslərin təhlilində riyaziyyatın rolu” mövzusunda onlayn ustad dərsi keçirilib.

Qərib Mürşüdov riyaziyyatın biologiyada tətbiqi, statistik analizlərin aparılması, makromolekulyar kristalloqrafiya və elektron krio-mikroskopik struktur analizləri üçün effektiv riyazi, statistik və hesablama alqoritmlərinin yaradılması haqqında geniş məlumat verib. Struktur biologiyası cəmiyyətinin istifadəsi üçün bir sıra proqram təminatlarının, alqoritmlərin qurulmasına dair fikirlərini tələbələrlə bölüşüb.

“Zoom” platforması üzərindən təşkil olunmuş dərsin sonunda məruzəçi tələbələrin suallarını cavablandırıb.

Xəbərlər

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026