BDU-da “Bioloji sistemlərdə suyun rolu. Hidrofobluq” mövzusunda ustad dərsi

16/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində 27 Mart - Azərbaycan Respublikasında “Elm günü” ilə bağlı silsilə tədbirlər çərçivəsində elmi seminar keçirilib.  
Elmi seminarda Maddə quruluşu kafedrasının müdiri, professor Eldar Məsimov “Bioloji sistemlərdə suyun rolu. Hidrofobluq” mövzusunda ustad dərsi keçib.
Eldar Məsimov suyun təbiətin ən möcüzəvi maddəsi olduğunu, bu möcüzəni su molekulları arasında mövcud olan spesifik, hidrogen rabitəsi adlanan qarşılıqlı təsirlər nəticəsində formalaşan rəngarəng strukturların yaratdığını qeyd edib. O bildirib ki, canlı orqanizmdə baş verən bütün biokimyəvi və fiziki-kimyəvi proseslərdə, bioloji funksiya daşıyan makromolekulların aktiv konformasiyalarının formalaşmasında, fermentativ reaksiyaların gedişində, osmos və diffuziya vasitəsilə canlı orqanizmdə maddələrin, o cümlədən dərman preparatların daşınmasında iştirak edən suyun rolu əvəzsizdir. Su hüceyrə və digər orqanları xarici mexaniki təsirlərdən və mühitin kəskin temperatur dəyişmələrindən qoruyur və yüksək enerjili şüalanmaları udmaq, saxlamaq və istifadə etmək qabiliyyətinə malikdir.
Eldar Məsimov vurğulayıb ki, belə ali funksiya daşıyan suyun digər mayelərdən fərqli olaraq, fiziki və fiziki-kimyəvi xassələrində 48 anomallıq müşahidə olunur. Həmin anomallıqlar isə hidrogen rabitələr vasitəsilə strukturların əmələ gəlməsinin kooperativliiyi ilə əlaqədardır. Məruzəçi istənilən maddənin, o cümlədən dərman maddələrinin suyun strukturuna və ya termodinamik halına mümkün təsirləri, onun orqanizmdə oynadığı rolun energetik nöqteyi-nəzərdən kəmiyyətcə qiymətləndirilməsi, tədqiqatların nəticələrinin tibbdə tətbiqi məsələləri barədə ətraflı məlumat verib.
Qeyd etmək lazımdır ki, ikifazalı sistemlərdə maddələrin paylanması hüceyrə mayesi-membran, membran-toxuma mayesi, qan-limfa və s. sistemləri arasında maddələr mübadiləsinin analoqu və modeli kimi qəbul oluna bilər və olunur. Tədqiqatların nəticələri “hidrofobluq”, “hidrofillik”, “hidrofobeffekt” terminlərini düzgün anlamağa kömək edib, orqanizmdə mövcud olan baryerlərin və bioloji membranların təşkilinin fiziki-kimyəvi prinsiplərinin eyni olduğunu, maddələrin, o cümlədən dərman preparatlarının bioloji aktivliyi ilə onların fizioloji məhlullarının hidrofobluğu arasında funksional asılılığın mövcudluğunu və maddələrin (dərman preparatlarının) orqanizmdə istiqamətlənmiş hərəkətini idarə etmək yollarını göstərib.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026