BDU-da biomaterialların tədqiqi və tətbiqi üzrə tədqiqatlar davam edir

04/10/2022

Bakı Dövlət Universitetinin Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilovun və kafedranın dosenti Aygün Nəsibovanın həmmüəllifi olduqları “Biomateriallarda öz-özünə yığılan maqnit nanohissəciklərinin EPR tədqiqi” (EPR study of self-organized magnetic nanoparticles in biomaterials) adlı məqalə SCOPUS bazasında indekslənən (IF: 0.54) “Semiconductor physics, Quantum Electronics & Optoelectronics”  jurnalında dərc olunub:

https://doi.org/10.15407/spqeo25.02.146

Məqalədə canlı sistemlərdə stress zamanı özünü müdafiə mexanizmi olaraq maqnit nanohissəciklərin yaranmasından bəhs edilir. Araşdırma obyekti olaraq ardıc (Juniperus communis) bitkisi və bu bitkinin əsasında hazırlanan biomateriallar (antioksidant təsirə malik olan və immun sistemini gücləndirən Nefrovil və İmmunostan preparatları) istifadə olunub. Tədqiqatlar EPR (elektron paramaqnit rezonans) metodu ilə aparılıb. Həmçinin, qeyd olunan biomateriallarda yaranan EPR siqnallarının intensivliyinə temperaturun və radiodalğaların gücünün təsiri də tədqiq edilib. Araşdırmalar nəticəsində biomateriallarda Mn (g=2.0), Fe aqreqatlarının (g=3,22…3,94), Fe3O4 (g = 2,17…2,60) nanohissəciklərinin, Fe3+ (g=4,3) ionların yaranması müşahidə edilib.

Xəbərlər

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında   

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında
05/12/2025

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
05/12/2025

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”
05/12/2025