BDU-da “Bir ömrə sığmayan 44 gün" adlı tədbir keçirilib

31/10/2022

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Bir ömrə sığmayan 44 gün" adlı tədbir keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, sonra torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov bildirib ki, 44 günlük Vətən müharibəsi tariximizin ən parlaq səhifələrindəndir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu təkcə işğal altında olan torpaqlarımızı azad etməyib, xalqımızın döyüş ruhunun, mübarizə əzminin itmədiyini göstərib. Hazırda azad edilən torpaqlarımızda üçrəngli bayraqlarımız əzəmətlə dalğalanır. Doğma Qarabağda və Şərqi Zəngəzurda böyük quruculuq-tikinti işləri həyata keçirilir.

Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli çıxışında ermənilərin  işğalçılıq siyasəti barədə gənclərə ətraflı məlumat verib, onları Azərbaycan tarixini dərindən öyrənməyə və informasiya müharibəsində erməni yalanlarına qarşı ayıq-sayıq olmağa çağırıb.

Tədbirdə fakültənin Tələbə Gənclər Təşkilatının sədr müavini Milana İdrisova "Sən hər kəsin Vətənisən", I kurs tələbəsi Nailə Tağıyeva "Zəfər tariximiz" mövzularında çıxış ediblər. I kurs tələbələri Kübra Maqsudova və Fidan Əliyeva "Adını tarixə yazdı" və "Şəhidin son düşüncələri" şeirlərini səsləndiriblər.

Tədbirin sonunda I kurs tələbəsi Aidə Kərimovanın Vətən müharibəsi şəhidləri haqqında hazırladığı videoçarx təqdim olunub.

Xəbərlər

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub
18/11/2026

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub
18/11/2026

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2026