BDU-da Birinci Türkoloji Qurultaya həsr olunmuş elmi seminar

25/05/2026

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Birinci Türkoloji Qurultaya həsr olunmuş elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının magistrantı Cahan Əhmədli “Birinci Türkoloji Qurultay Azərbaycan-Türkiyə elmi və mədəni münasibətləri kontekstində” mövzusunda məruzə edib.

Cahan Əhmədli “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Prezident İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb, bu istiqamətdə elmi-tədqiqat işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıb. Məruzədə 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində keçirilmiş Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi-mədəni, ictimai-siyasi həyatında mühüm rol oynadığı qeyd edilib, bu mühüm hadisənin xalqlarımız arasındakı inteqrasiyada mühüm mərhələ olduğu vurğulanıb: “Bu tarixi qurultay XX əsrin əvvəllərində türk xalqları arasında milli oyanış prosesini gücləndirib, ortaq dil, tarix və mədəniyyət məsələlərinin elmi müstəvidə müzakirəsini zəruri edən mühüm bir platformaya çevrilib”.

Araşdırmada tədbirin Azərbaycan-Türkiyə elmi və mədəni münasibətlərinin inkişafına verdiyi töhfələr fakt və sənədlər əsasında diqqətə çatdırılıb, bu tarixi hadisənin ortaq mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyəti şərh olunub. İki ölkə arasındakı münasibətlərə dair sənəd-informasiya resurslarının təsnifatı aparılıb, mövzuya dair sənəd fondları və biblioqrafik resurslar tədqiq olunub. Məruzədə  qurultayda müzakirə edilmiş məsələlər, qəbul edilmiş qərarlar təhlil edilib, ötən 100 il ərzində bu tarixi hadisəyə həsr olunmuş kitablar, məqalələr araşdırılıb. Ölkə kitabxanalarının fondlarında mövzuya dair ədəbiyyatın statistikası xronoloji dinamikada təqdim olunub.

Elmi seminar müzakirələrlə davam edib.

Xəbərlər

BDU alimlərinin layihələri Azərbaycan–Türkiyə birgə qrant müsabiqəsində dəstəklənib

BDU alimlərinin layihələri Azərbaycan–Türkiyə birgə qrant müsabiqəsində dəstəklənib
25/05/2026

BDU-da Birinci Türkoloji Qurultaya həsr olunmuş elmi seminar

BDU-da Birinci Türkoloji Qurultaya həsr olunmuş elmi seminar
25/05/2026

BDU-da Özbəkistanın Səmərqənd Dövlət Memarlıq və İnşaat Universitetinin nümayəndə heyəti ilə görüş

BDU-da Özbəkistanın Səmərqənd Dövlət Memarlıq və İnşaat Universitetinin nümayəndə heyəti ilə görüş
25/05/2026