BDU-da "Birləşmiş Millətlər Təşkilatı: yaranması, prinsipləri, iş mexanizmi" adlı elmi-praktiki tədbir keçirilib

03/03/2021

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Birləşmiş Millətlər Təşkilatı: yaranması, prinsipləri, iş mexanizmi" adlı onlayn elmi-praktiki tədbir keçirilib.

Hüquq fakültəsinin dekan müavini Aytəkin İbrahimova tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb, Birləşmiş Millətlər Təşkilatının (BMT) yaranma tarixi haqqında məlumat verib, Azərbaycan-BMT münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsindən bəhs edərək ölkəmizin dünyanın ən mötəbər beynəlxalq qurumunun ali kürsüsündən xalqımızın haqq səsini ucadan səsləndirməyə nail olduğunu vurğulayıb.

Hüquq klinikasının rəhbəri, hüquq üzrə elmlər doktoru Turqay Hüseynov Birləşmiş Millətlər Təşkilatının məqsədləri, prinsipləri, əsas qurumları haqqında iştirakçılara məlumat verib, Azərbaycan BMT-nin əsas orqanları, ixtisaslaşmış və digər qurumları ilə yaxından əməkdaşlıq etdiyini, BMT-nin seçkili orqanlarında iştirak etməklə Azərbaycan BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin yerinə yetirilməsinə öz töhfəsini verdiyini diqqətə çatdırıb.

Daha sonra fakültənin tələbələri Vahid Alıyev "BMT-nin sələfi - Millətlər Cəmiyyəti və onun uğursuzluğu", Tural Həsənov "BMT-nin yaradılması səbəbləri", Səyad Ələkbərov "BMT-nin iş mexanizmi və prinsipləri",  Siyavuş Bağırov "BMT Soyuq Müharibə dövründə və hal-hazırda tarazlaşdırıcı qurum kimi", Rüstəm Əzimzadə "BMT-nin nəzdində ixtisaslaşmış təşkilatlar" və Ləman Alməmmədova "BMT və Azərbaycan əlaqələri" mövzularında çıxış ediblər.

 

Xəbərlər

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
04/10/2025

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb
04/10/2025

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub
03/10/2025