BDU-da “Bitki mənşəli nanohissəciklər və onların biotibbdə tətbiqi” adlı elmi seminar

05/12/2022

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Bitki mənşəli nanohissəciklər və onların biotibbdə tətbiqi” mövzusunda elmi seminar keçirilib. Seminarda Biofizika və biokimya kafedrasının dissertantı, Türkiyənin Mardin Artuklu Universitetinin əməkdaşı Adıcan Mehmet Tevfik mövzu ilə bağlı məruzə edib. Məruzədə müxtəlif bitkilər vasitəsilə metal nanohissəciklərin sintezi, müasir metodlarla öyrənilməsi haqqında məlumat verilib. Məruzəçi bitki mənşəli nanohissəciklərin sintezinin mərhələlərini ardıcıl şəkildə göstərib. Qeyd edib ki, ilk növbədə nanohissəciklərin sintezi üçün istifadə olunan bitki nümunələri müxtəlif üsullarla təmizlənir, onlardan ekstraktlar alınır və müxtəlif metalların duzları məhlul şəklində uyğun qatılıqlarda əlavə edilir. Temperatur, Ph və zamandan asılı olaraq bitki ekstraktları metal duzlarını nanohissəciklərə çevirir.

Fiziki-kimyəvi faktorların təsiri ilə alınan nanohissəciklər sentrifuqa üsulu ilə təmizlənir, alınmış nanohissəciklər UV spektroskopiya, SEM, AFM, infraqırmızı spektroskopiya və s. metodlarla müəyyən edilir. Həmin metal nanohissəcikləri (qızıl, gümüş və s.) biotibbi tədqiqatlarda istifadə edilir.

Adıcan Mehmet Tevfik məruzədə bu nanohissəciklərin kanserogen hüceyrələrə təsirinin nəticələri barədə də geniş məlumat verib. Diqqətə çatdırıb ki, alınmış nəticələr “Web of Science” bazasına daxil olan 3 jurnalda çap olunub.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək
12/10/2026