BDU-da “BMT-nin dayanıqlı inkişaf məqsədlərinə çatmaqda tələbələrin rolu” adlı elmi seminar keçirilib

06/12/2018

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramının tələbinə uyğun olaraq növbəti tədbirini reallaşdırıb. “BMT-nin dayanıqlı inkişaf məqsədlərinə çatmaqda tələbələrin rolu” adlı elmi seminar “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramının 2.1.23 ( gənclərin asudə vaxtlarının səmərəli təşkili) 2.1.17 ( gənclərin ekologiya və ətraf mühitlə bağlı biliklərinin artırılması) bəndlərinin icrası ilə bağlı olub. Tədbiri giriş sözü ilə açan BDU THİK sədri, dosent Daşqın Qənbərov BMT-nin dayanıqlı inkişafın məqsədləri haqqında məlumat verərərk bu hədəflərə çatmaqda gənc nəslin, xüsusilə dətələbələrin rolunun böyük olduğunu vurğulayıb. D.Qənbərov respublikamızda ölkə başçısı cənab prezident İlham Əliyevin, müvafiq dövlət və qeyri hökümət təşkilatlarının “BMT-nin dayanıqlı inkişafın məqsədləri” proqramının təmin olunmasına yönəlik işlərindən geniş bəhs edib. Natiq bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidendi Leyla xanım Əliyevanın rəhbərlik etdiyi İDEA təşkilatının rolunu xüsusi qeyd edib. Tədbir tələbələrin elmi seminarın mövzusu ilə bağlı çıxışları ilə davam edib. Çıxış edən Biologiya fakültəsi II kurs tələbəsi Xatun Kərimova “Hər yerdə yoxsulluğun bütün formalarına son qoymaq”, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin III kurs tələbəsi Murad Bağırzadə “BMT-nin inkuliziv və dayanıqlı iqtisadi artımı, hamı üçün məşğulluğu və layiqli əməyi təşkil etmək”, Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin III kurs tələbəsi Ayan Fidayeva “Hamının sərfəli, etibarlı, dayanıqlı və müasir enerji mənbələrinə çıxışını təmin etmək”, Ekologiya və torpaqşünaslıq fakültəsinin II kurs tələbəsi Xavər Səlimli “Meşələri dayanıqlı şəkildə idarə etmək, səhralaşmaya qarşı mübarizə aparmaq, torpaqların deqradasiyasına son qoyaraq onları bərpa etmək üçün tədbirlər görmək və bioloji müxtəlifliyin itirilməsinin qarşısını almaq”, Jurnalistika fakültəsi II kurs tələbəsi Şəbnəm Qurbansoy “Hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsili təşviq etmək” mövzularında çıxışlar edib, əsas hədəflərisəsləndiriblər.
Seminar iştirakçı tələbələrin suallarının cavablandırılması ilə başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 07 dekabr 2018-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024