BDU-da boş olan professor vəzifələrinə seçkilər keçirilib

21/10/2022

Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.

Elmi Şurada BDU üzrə boş olan professor vəzifələrinin tutulması üçün seçkilər keçirilib. Seçkinin nəticələrinə əsasən, BDU-nun 10 fakültəsi üzrə 64 nəfər professor vəzifəsinə təsdiqlənib.

Daha sonra cari məsələlərə baxılıb.

Elmi Şuranın qərarına əsasən, tədris fəaliyyətinə cəlb edilən işçilərin əməyinin saathesabı qaydada ödənilməsinin məbləği artırılıb. Bu məbləğ 1 saata görə professor və ya elmlər doktorları üçün 10 manatdan 15 manata, dosent və ya fəlsəfə doktorları üçün 7 manat 50 qəpikdən 11 manata, elmi adı və ya dərəcəsi olmayan müəllimlər üçün 5 manatdan 7 manat 50 qəpiyə qaldırılıb.

Elmi Şura həmçinin 2022-ci il üçün BDU-nun doktoranturasına qəbulun nəticələrini təsdiqləyib.

Xəbərlər

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub
18/11/2026

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub
18/11/2026

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub
18/11/2026