BDU-da Britaniya Şurası tərəfindən ali təhsil müəssisələrinin beynəlxalq əlaqələr mütəxəssisləri üçün kurslar keçirilir
Bu gün Bakı Dövlət Universitetində Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq əlaqələr sahəsində çalışan mütəxəssisləri üçün “Azərbaycan universitetlərinin beynəlxalq əlaqələr departamentinin inkişafı” üzrə ikinci təlim kursları start götürüb. Təlim kursları Britaniya Şurası tərəfindən (British Council) dəvət edilmiş beynəlxalq ekspertlər tərəfindən aparılır.
Təlimlərdə BDU, Neft Akademiyası, Xəzər, Odlar Yurdu, Qərb, Qafqaz, Bakı Slavyan, Azərbaycan İqtisad, Gəncə, Naxçıvan və sair universitetlərinin Beynəlxalq əlaqələr departamentlərinin nümayəndələri iştirak edirlər. Təlimlərin ilk günündə iştirakçılar öz fəaliyyətləri haqqında məlumat verib, öz veb saytlarını təqdim edib və ERASMUS MUNDUS kimi beynəlxalq proqramlarda universitetlərin iştirakından danışıblar.
Təlimlər yanvar ayının 25 kimi davam edəcək. Kursu uğurla bitirən iştirakçılar üçün gələcəkdə İngiltərəyə tanışlıq səfərinin təşkil olunması nəzərdə tutulur.
Mətbuat və İnformasıya Şöbəsi, 23 yanvar 2013.