BDU-da Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş elmi seminar

22/12/2025

Bakı Dövlət Universitetinin(BDU) Filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Xalq şairi, dramaturq və pedaqoq Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərində Törə–Tanrı–Xaqan” mövzusunda elmi seminar keçirilib.

Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhəmməd Məmmədov görkəmli şairin həyat və yaradıcılığına qısa nəzər salaraq onun “Özümüzü kəsən qılınc” əsəri haqqında ətraflı məlumat verib. Məruzəçi əsər fonunda türk xalqlarının qılınc kultu, xaqan anlayışı, tanrı inancı, eləcə də ədibin Göytürk dövlətində baş verən daxili münaqişələrə mifoloji aspektdən yanaşmasını təhlil edib.

Filologiya fakültəsinin TEC sədri Nəzrin Əliyeva Bəxtiyar Vahabzadə yaradıcılığının bu gün də aktuallığını qoruduğunu vurğulayıb, mövzu ilə bağlı fikirlərini bölüşüb.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026