BDU-da böyük alim və yazıçı Mir Cəlal Paşayevin 115 illiyinə həsr edilən elmi konfrans keçiriləcək

10/03/2023

2023-cü ilin 18-19 aprel tarixlərində Bakı Dövlət Universiteti (BDU) və “Ədibin Evi”nin birgə təşkilatçılığı ilə görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyinə həsr edilən elmi konfrans keçiriləcək.

Konfransın açılışı, plenar və bölmə iclasları aprelin 18-də BDU-da olacaq. Konfransın ikinci günü Bakı, Gəncə və Qazaxda davam edəcək. BDU-nun tələbələri arasında böyük yazıçı və alim Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş qısa hekayə müsabiqəsinin nəticələri də Gəncədə görkəmli ədibin ev-muzeyində elan olunacaq.

Qeyd edək ki, BDU-nun tələbələr arasında Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş qısa hekayə müsabiqəsinə qəbul davam edir.

Müsabiqəyə təqdim edilən hekayələrin həcmi 5.000 işarədən artıq olmamalıdır. Müsabiqəyə yazılar Azərbaycan və rus dillərində təqdim edilə bilər.

Hekayələr aprelin 5-dək osmanogm@yahoo.com ünvanına göndərilməlidir. Müsabiqədə yalnız BDU-nun bakalavr və magistrantları iştirak edə bilərlər.

Təqdim olunmuş hekayələr Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcəkdir. Qaliblər diplom və pul mükafatı ilə təltif olunacaqlar.

I yer – 600 manat;

II yer - 400 manat;

III yer - 200 manat.

Qalib elan olunan hekayələr mətbuatda dərc ediləcəkdir.

Xəbərlər

BDU-da akademik Həsən Əliyevə həsr olunmuş elmi seminar

BDU-da akademik Həsən Əliyevə həsr olunmuş elmi seminar
16/12/2025

Qazaxıstanın Abay Qazax Milli Pedaqoji Universitetinin magistrantları BDU-da elmi təcrübə keçiblər

Qazaxıstanın Abay Qazax Milli Pedaqoji Universitetinin magistrantları BDU-da elmi təcrübə keçiblər
15/12/2025

BDU-nun Astrofizika kafedrası: “Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq”
15/12/2025