BDU-da “Böyük türk şairi Nazim Hikmət və türk dünyası” kitabının təqdimatı keçirilib

10/12/2024

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Türkologiya kafedrasının təşkilatçılığı ilə Türkiyənin Ərzincan Binəli Yıldırım Universitetinin professoru, tanınmış ədəbiyyatşünas alim və yazıçı Ali Kafkasyalının “Böyük türk şairi Nazim Hikmət və türk dünyası” kitabının təqdimatı keçirilib. Tədbirdə türkiyəli qonaqlar - Ali Kafkasyalı və Ərzincan Binəli Yıldırım Universitetinin Sosial Elmlər İnstitutunun direktoru Nevzət Tozlu, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov Ali Kafkasyalının çoxşaxəli ədəbi və elmi yaradıcılığı haqqında məlumat verib. Müəllifin Azərbaycanda nəşr olunmuş “Qafqaz qaçaqları”, “Qartallar sərhəd tanımaz” adlı romanları, Səməd Vurğun haqqında monoqrafiyası və Güney Azəarbaycanla bağlı araşdırmalarından danışıb. Məhərrəm Məmmədov Ali Kafkasyalının “Böyük türk şairi Nazim Hikmət və türk dünyası” kitabının məzmunu, burada əks olunan məsələlər barəsində geniş söz açıb.

Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu Ali Kafkasyalının biblioqrafiyasını, kitabın əhatə etdiyi mövzuları şərh edib. O, kitabda Nazim Hikmətin “Şəxsiyyəti və şairliyi”, “Yaşadıqları”, “Düşüncələri və çalışmaları” adlı fəsillərin məzmununa toxunub və şairin Azərbaycana olan sevgisindən bəhs edən paraqrafı dinləyicilərin diqqətinə çatdırıb.

Sonra Nazim Hikmətin 1957-ci ildə BDU-da olarkən etdiyi çıxışın videoçarxı təqdim edilib.

Türkologiya kafedrasının dosenti Kəmalə Nəcəfova, kafedranın doktorantı Məleykə Mirzəli, magistrantı Aysel Həsənova çıxışlarında kitabın şairin irsi ilə bağlı gələcəkdə aparılacaq türkoloji araşdırmalara istiqamət verəcəyini, Türk xalqları ədəbiyyatı fənninin tədrisi üçün yararlı vəsait olacağını vurğulayıblar.

Sonda söz türkiyəli qonağa - professor Ali Kafkasyalıya verilib. O, böyük şairin yaradıcılığının türk ədəbi düşüncəsinin inkişafına təsirindən söz açıb, ədibin irsinin onun siyasi baxışları fonunda deyil, ümumtürk aspektindən tədqiq olunmasını vacib hesab edib.

Sonda müəllif tələbə və müəllimlərin suallarını cavablandırıb, iştirakçılara öz imzasıyla kitablarını hədiyyə edib.

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025