BDU-da “Cahangir Məmmədlinin publisistikası” adlı tədbir

30/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Cahangir Məmmədlinin publisistikası” adlı tədbir keçirilib.

Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev bildirib ki, Milli mətbuat tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli böyük mütəxəssis, həyatını BDU-ya bağlayan tanınmış alim, ictimai xadimdir. Onun bir neçə jurnalist nəslinin yetişməsində misilsiz xidmətləri var.

Jurnalistika fakültəsinin TEC sədri Günel Abbasova, sədr müavini Əsgər İsmayılov, İdarə heyətinin üzvü Nurlan Cəbrayılzadə elmi məruzələrində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi problemləri ilə məşğul olan alimin tədqiqat əsərlərini təhlil ediblər.  Bildirilib ki, mətbuat tarixi, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi problemləri ilə bağlı geniş tədqiqat işlərinin, çoxsaylı məqalələrin müəllifi kimi tanınan Cahangir Məmmədli Azərbaycanın müasir və peşəkar jurnalistikasının əsaslarının formalaşdırılmasında müstəsna xidmətlər göstərib.

Sonra TEC-in İdarə heyətinin üzvü Ataməli Əliyevin rus, Məryəm Abdullazadənin ingilis dilində məruzələri dinlənilib.

Tədbir bədii hissə ilə davam edib.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026