BDU-da Carl Zeiss optik mikroskopiya laboratoriyası açılıb

11/07/2012

Bu gün Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsinin nəzdində Carl Zeiss optik mikroskopiya  laboratoriyasının açılışi olub. Laboratoriyanın avadanlığı BDU-nun istifadəsinə Carl Zeiss şitkətinin Azərbaycan təmsilçisi olan OPTEC şirkəti tərəfindən verilib. Laboratoriya 10 ədəd Primo Star tədris mikroskopları ilə təchiz edilib, onlardan beşinin komplektinə rəqəmsal kameralar və zəruri proqram təminatı daxildir. Mərasimdə OPTEC B.V. (Hollandiya) şirkətinin manager directoru Aleksandr Fon Korff, OPTEC şirkətinin Azərbaycan nümayəndəliyinin direktotu Nataliya Həmzəyeva və digər qonaqlar iştirak edib.

Laboratoriyanı BDU-nun rektoru, akademik Abel Məhərrəmov və OPTEC B.V. şirkətinin manager directoru Aleksandr Fon Korff açıblar.Tədris laboratoriyasının açılışından sonra rektor Abel Məhərrəmov və Aleksandr Fon Korff əməkdaşlıq barədə Memorandum imzalayıblar. Sənədə əsasən OPTEC və BDU BDU-nun bazasında müntəzəm olaraq elmi-praktiki və təhsil seminarların keçirilməsi barədə razılığa gəliblər.

BDU-nun bazasında, həmçinin, peşə hazırlığı, lazer skaner mikroskopiyası və rəqəmli təsvirin analizi üçün laboratoriyaları olan Carl Zeiss arayış mərkəzinin yaradılması planlaşdırılır.

Rektor Abel Məhərrəmov bildirib ki, bizim məqsədimiz  gənc alimlər üçün rahat iş şəraiti yaratmaq, onları ən müasir avadanlıqla təchiz etməkdir. Çünki Azərbaycanda elmin gələcəyini müəyyən edən impulsu onlar məhz BDU-da alırlar. Buna görə də, yüksək texnologiya istiqamətində dünya liderləri ilə əməkdaşlıq bizim strateji xəttimizdir.

Mətbuat və informasiya Şöbəsi, 11 iyul 2012-ci il.

 

 

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024