BDU-da Cəlil Məmmədquluzadənin 155 illik yubileyi münasibətilə kitab sərgisi hazırlanıb

22/02/2024

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 155 illik yubileyi ilə əlaqədar kitab sərgisi təşkil olunub.

Sərgidə Cəlil Məmmədquluzadənin Elmi Kitabxananın fondunda qorunan əsərləri və onun haqqında yazılmış 50-yə yaxın kitab nümayiş olunur. Onların sırasında Cəlil Məmmədquluzadənin müxtəlif illərdə nəşr olunmuş çoxcildlli “Seçilmiş əsərləri”, “Danabaş kəndinin əhvalatları”, “Ölülər”, “Bəlkə də qaytardılar” əsərləri, həmçinin Afaq Əliyevanın “Cəlil Məmmədquluzadə irsinin nəşri məsələləri”, Mirzə İbrahimovun “Böyük demokrat”, Yəhya Əliyevin “Böyük yazıçı”, Xalid Əlimirzəyevin “Dahi sənətkar, böyük vətəndaş” kitabları yer alır.

Sərgilənən kitablardan diqqəti daha çox cəlb edən dramaturqun ömür-gün yoldaşı Həmidə Məmmədquluzadənin müəllifi olduğu “Mirzə Cəlil haqqında xatirələrim” əsəri olub.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026