BDU-da “Code8 Hackathon” keçirilib

03/07/2025

Bakı Dövlət Universitetində (BDU) Elm və Təhsil Nazirliyinin dəstəyi və “Code Academy”nin tərəfdaşlığı ilə “Code8 Hackathon” keçirilib. “Code For Future” layihəsi çərçivəsində keçirilən yarışda istedadlı universitet tələbələri və proqramlaşdırma sahəsində fəaliyyət göstərən peşəkarlar iştirak ediblər.

Tədbirin məqsədi tələbələrin texniki biliklərini real iş mühitində tətbiq etməsi, komanda işi, vaxtın idarə olunması və təqdimat bacarıqları kimi vacib yumşaq bacarıqlarını inkişaf etdirməsidir. Tədbir çərçivəsində 8 komanda 6 layihə üzərində işləyərək, öz ideyalarını peşəkar Münsiflər heyətinə təqdim ediblər.

“Hackathon” iştirakçıları sektorda tanınmış mütəxəssislərdən tövsiyələr almaq, gələcək karyera imkanlarını genişləndirmək və kreativ yanaşmalarını nümayiş etdirmək imkanı qazanıblar. Şirkət nümayəndələri isə yeni istedadları kəşf etmək, gələcəyin potensial proqramçıları ilə birbaşa ünsiyyət qurmaq və sahə üzrə biliklərini paylaşmaq imkanı əldə ediblər.

“Code8 Hackathon” gənclərin texnologiya sahəsində inkişafını dəstəkləmək və onları gələcəyin rəqabətli əmək bazarına hazırlamaq baxımından əhəmiyyətli addım kimi dəyərləndirilir.

Qeyd edək ki, “Code For Future” layihəsi 2021-ci ildən Elm və Təhsil Nazirliyi və “Code Academy”nin əməkdaşlığı ilə həyata keçirilir. Layihə bu müddət ərzində minlərlə tələbənin İKT sahəsində keyfiyyətli təhsil alaraq, iş dünyasına hazırlanmasına dəstək olub.

 

Xəbərlər

BDU-da “Narkomaniyaya multidissiplinar yanaşma” adlı elmi-maarifləndirmə tədbiri keçirilib

BDU-da “Narkomaniyaya multidissiplinar yanaşma” adlı elmi-maarifləndirmə tədbiri keçirilib
21/10/2025

BDU-da “Peşəkar gələcəyə doğru körpü” adlı ixtisaslaşmış Karyera Sərgisi keçirilir

BDU-da “Peşəkar gələcəyə doğru körpü” adlı ixtisaslaşmış Karyera Sərgisi keçirilir
21/10/2025

BDU-da genetik tədqiqatlar üzrə beynəlxalq əməkdaşlıq genişlənir

BDU-da genetik tədqiqatlar üzrə beynəlxalq əməkdaşlıq genişlənir
21/10/2025