BDU-da “COP29 ekoloji və sosial-iqtisadi davamlılığın təminatçısı kimi” mövzusunda dəyirmi masa

23/10/2024

Bakı Dövlət Universitetində (BDU) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində BDU və Təhsil İnstitutunun (ARTİ) birgə təşkilatçılığı, BDU-nun Tələbə Gənclər Təşkilatının dəstəyi ilə “COP29 ekoloji və sosial-iqtisadi davamlılığın təminatçısı kimi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirin moderatoru, ARTİ-nin şöbə müdiri, dosent Aynur Paşayeva təhsil müəssisələrində iqlim dəyişikliyi və COP29 ilə bağlı maarifləndirmə kampaniyalarının aparılmasının vacibliyindən, mövzunun aktuallığından danışaraq, dəyirmi masanın təşkilinin tələbələr üçün maraqlı və düşündürücü olacağını vurğulayıb. Azərbaycanda ətraf mühitin, ekologiyanın qorunması sahəsində görülən işlər, iqlim dəyişiklikləri zamanı baş verən problemlərin qarşısının alınması üçün həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Dəyirmi masada “Yaşıl iqtisadiyyat və kənd təsərrüfatının dayanıqlı inkişafı” mövzusunda məruzə edən BDU-nun dosenti Qoşqar Məmmədov kənd təsərrüfatının yaşıl iqtisadiyyat üçün mühüm mərkəz olduğunu vurğulayıb, təbii sərvətlərdən səmərəli istifadə, itkilərin minimuma endirilməsi, ətraf mühitə təsirlərin azaldılması nəticəsində məhsuldarlığın artırılması kimi mühüm məsələlərə toxunub.

BDU-nun dosenti Azər Cəfərov “İqlim dəyişmələri və Azərbaycan” adlı məruzəsində isə qeyd edib ki, iqlim dəyişmələri planetimiz üçün yenilik deyil. Geoloji tariximizdə soyuqlaşma, istiləşmə dövrləri çox olub, bu dövrlər tədricən baş verdiyindən ekoloji sistemlərin adaptasiyasına əngəl yaratmayıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti İlqar Xəlilov “COP29 iqtisadi davamlılığın təminatçısı kimi”, baş müəllimi Cəmilə Həsənova “COP29 və sosial ədalətin təşviqi: rəqəmsal idarəetmə texnologiyaların sosial bərabərliyi”, ARTİ-nin baş mütəxəssisi, biologiya üzrə elmlər namizədi Məhəbbət Paşayeva ""Yaşıl dünya naminə həmrəylik ili”ndə COP29-un Azərbaycan üçün əhəmiyyəti” mövzularında məruzə ediblər.

Dəyirmi masa müzakirələrlə davam edib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024