BDU-da “COP29 həftəsi”

28/10/2024

Bakı Dövlət Universitetində (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə  “COP29 həftəsi”nə başlanılıb. Layihə çərçivəsində ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29), onun ölkəmiz və dünya üçün əhəmiyyəti ilə bağlı maarifləndirmə tədbirləri, müxtəlif seminar və yarışların keçirilməsi nəzərdə tutulur.

Açılış tədbirində çıxış edən BDU-nun TGT sədri Harun Mehdiyev bildirib ki, COP29 Azərbaycanın qlobal iqlim siyasətində mühüm rol oynamaq və öz öhdəliklərini yerinə yetirmək üçün əhəmiyyətli bir fürsət olacaq. Azərbaycanın tədbirə ev sahibliyi etməsi ölkənin ekoloji problemlərlə mübarizədə qlobal səylərə verdiyi töhfəni artırmaq və regional lider kimi mövqeyini gücləndirmək məqsədi daşıyır. COP29 konfransı Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirəcək və iqlim dəyişikliyi ilə bağlı qlobal müzakirələrdə ölkənin rolunu artıracaq. Harun Mehdiyev tələbələrin ölkəmiz üçün əhəmiyyətli olan tədbirlə, dünyanı narahat edən ekoloji problemlərlə, onların həlli yolları ilə bağlı məlumatlılığının artırılmasının vacib olduğunu deyib.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir
23/10/2026