BDU-da “COP29 və qlobal iqlim dəyişiklikləri” mövzusunda tədbir

11/10/2024

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “COP29 və qlobal iqlim dəyişiklikləri” mövzusunda tədbir keçirilib.

Sosial elmlər və psixologiya fakültəsinin dekanı, dosent Rövşən Cavadov Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin beynəlxalq əhəmiyyətindən danışıb. Bildirib ki, COP29 kimi mühüm tədbirə ev sahibliyi etməsi Azərbaycanın dünyanın beynəlxalq, ekoloji siyasətində, qlobal iqlim dəyişiklikləri ilə mübarizədə aparıcı rola malik olduğunu göstərir.

Sosial elmlər və psixologiya fakültəsinin sosial məsələlər üzrə dekan müavini Nəzakət Kərimova, Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev müasir dünyanı narahat edən qlobal ətraf mühit problemləri və iqlim dəyişmələrinin başvermə səbəbləri, bunun minimuma endirilməsi üçün ölkəmizdə görülən işlərdən söz açıblar. Qeyd ediblər ki, Ermənistanın işğalı nəticəsində Azərbaycanın 20%-ə yaxın ərazisi ekosidə məruz qalıb. Hazırda ölkəmizdə azad edilmiş ərazilərin ekoloji tarazlığının bərpası, yaşıl iqtisadiyyatın inkişafı, yaşıl enerjiyə keçid üçün böyük layihələr icra olunur, sərmayələr yatırılır.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub
17/07/2026