BDU-da "CV yazarkən nələri bilməliyik? - ilkin anlayışlar" mövzusunda təlim keçirilib

01/12/2021

Bakı Dövlət Universitetində Karyera və məzunlarla əlaqə sektoru və Tarix fakültəsinin birgə təşkilatçılığı ilə "CV yazarkən nələri bilməliyik? - ilkin anlayışlar" mövzusunda təlim keçirilib.

Tədbirdə Karyera və məzunlarla əlaqə sektorunun əməkdaşı İlkin Şərifov tələbə-gənclərə sektorun iş planından, həyata keçirdiyi layihələrdən danışıb və gəncləri daima öz üzərlərində işləməyə çağırıb. Hər gün dəyişərək yenilənən əmək bazarında ömürboyu təhsilin önəmini vurğulayan İ.Şərifov daha sonra iştirakçılara təlimçini təqdim edib və bildirib ki, bu istiqamətdə təlim və seminarlar mütamadi olaraq həyata keçiriləcəkdir.

Təlimi BDU-nun İnsan resursları sektorunun müdiri Sevinc Rzayeva real keyslərdən istifadə edərək gənclərin təlimdə daha interaktiv olmalarını təmin edib. Çıxışında bildirib ki, CV işaxtaran üçün reklam xarakteri daşıyır. Onun mahiyyətinin işverəni qabaqcadan iş axtaranın professional keyfiyyətlərilə tanış etmək, diqqəti həmin iş axtarana cəlb etmək, işverəni maraqlandırmaq və görüşə sövq etmək olduğunu diqqətə çatdırıb. CV-nin əsas məqsədinin - bilavasitə tanışlıq və işə qəbul olunmaq üçün işverənlə müsahibəyə dəvət almaq olduğunu bildirib və onun hazırlanma texnologiyasını, nələrə diqqət etməyin vacivliyini izah edib.

Sonda iştirakçıların sualları cavablandırılıb.


Xəbərlər

BDU “Geoekologiya” ixtisaslaşması üzrə mütəxəssislər hazırlayacaq

BDU “Geoekologiya” ixtisaslaşması üzrə mütəxəssislər hazırlayacaq
02/07/2026

BDU biotibbi materiallar üzrə kadr hazırlığına başlayır

BDU biotibbi materiallar üzrə kadr hazırlığına başlayır
02/07/2026

BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir

BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir
01/07/2026