BDU-da D. Serikbayev adına Şərqi Qazaxıstan Texniki Universitetinin rektoru ilə görüş

05/03/2025

Qazaxıstanın D. Serikbayev adına Şərqi Qazaxıstan Texniki Universitetinin rektoru Saule Raxmetullinanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

Rektor Elçin Babayev ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin elm və təhsil sahəsində müxtəlif istiqamətlər üzrə əlverişli əməkdaşlıq imkanları yaratdığını bildirib. O, BDU-nun D. Serikbayev adına Şərqi Qazaxıstan Texniki Universiteti ilə xüsusilə kibertəhlükəsizlik, kompüter texnologiyaları, geologiya, nanotexnologiyalar üzrə əməkdaşlıqda, magistratura və doktorantura səviyyələri üzrə ikili diplom proqramları imzalamaqda maraqlı olduğunu diqqətə çatdırıb. BDU-nun 16 fakültəsindən 8-nin təbiət və dəqiq elmlər üzrə fəaliyyət göstərdiyini vurğulayıb. Qeyd edib ki, hər iki universitet bu elm sahələri üzrə birgə elmi tədqiqatlar apara, elmi nəşrlər hazırlaya, ortaq beynəlxalq konfranslar keçirə bilər.

Rektor Saule Raxmetullina D. Serikbayev adına Şərqi Qazaxıstan Texniki Universitetinin Qazaxıstanın əsas mühəndislik universitetlərindən biri olduğunu, burada 5 fakültənin fəaliyyət göstərdiyini deyib. O, müxtəlif elm sahələri üzrə akademik mobilliyi, müəllim-tələbə mübadiləsini genişləndirməyi təklif edib.

Görüşdə BDU və D. Serikbayev adına Şərqi Qazaxıstan Texniki Universiteti arasında elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsi, tələbə-müəllim mübadiləsinin və ikili diplom proqramının həyata keçirilməsi barədə müzakirələr aparılıb.

 

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
17/08/2026

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”
17/08/2026

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026