BDU-da “Danışır təcrübə” layihəsinin ilk görüşü

03/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri üçün “Danışır təcrübə” layihəsinə start verilib. Layihənin ilk qonağı tanınmış telejurnalist, aparıcı Günel Gözəlova olub.

BDU-nun Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlu layihənin tələbə jurnalistlərin inkişafında böyük rol oynayacağını, peşəkarların təcrübələrinin nəzəri bilikləri möhkəmləndirəcəyini qeyd edib. Bildirib ki, ölkəmizdə yüzlərlə peşəkar jurnalist kadrının formalaşmasında əvəzsiz məktəb rolunu oynayan BDU-nun Jurnalistika fakültəsi hər zaman uğurlu məzunları ilə fəxr edib: “Belə məzunlarımızın təcrübələri tələbələr üçün gələcəkdə jurnalistikanın hansı sahəsi üzrə ixtisaslaşacaqları ilə bağlı vahid fikir formalaşdırmağa imkan yaradacaq”.

Daha sonra söz qonağa verilib. Günel Gözəlova qeyd edib ki, ən müxtəlif sahələri özündə birləşdirməyi bacaran jurnalistikanın əhatə dairəsi çox genişdir. Bu imkandan faydalanan gənc jurnalistlər düzgün seçim etməyi bacarmalı və günün nəbzini tutmalıdır: “Bu fakültə hər zaman yetirmələri ilə fərqlənib. Bunun səbəbi təqdimetmə və tanıtmaq bacarığıdır. Müasir jurnalistikamızda yaranan problemlərin bir çoxuna səbəb də məhz bu bacarıqların olmamasıdır. Gərək jurnalistlərimiz özlərinə güvənsin və doğrunun ardınca getməyi bacarsın. Ancaq onda prinsiplərimiz qoruna, onillərdir formalaşan dəyərlərimiz sonrakı dövrlərə ötürülə bilər”.

Müasir teleməkanda Azərbaycan dilinin istifadəsindəki nöqsanlardan da danışan tanınmış telejurnalist Günel Gözəlova dilimizin düzgün istifadəsinin jurnalistikamızın başlıca normalarından olduğunu vurğulayıb: “Bu gün efirdə ifadələrin düzgün tələffüz edilə bilmədiyinin şahidi oluruq. Bunun üçün yalnız praktika deyil, nəzəri bilik çox önəmlidir. Nəzəri biliyimizi praktikamızla cilalamaq işin əsas açar nöqtəsidir”.

Görüş tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.

Xəbərlər

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva
28/04/2026

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı
27/04/2026

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır
27/04/2026