BDU-da Daun sindromlu şəxslərə həsr olunmuş "Biz də hamı kimiyik" adlı tədbir keçirilib

18/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin könüllüləri və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Daun sindromlu şəxslərə həsr olunmuş "Biz də hamı kimiyik" adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Universitetdə həyata keçirilən könüllük fəaliyyətindən bəhs edib, ölkəmizdə Daun sindromlu şəxslərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb.

Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova, Mərkəzin defektoloqu Günay Bədəlzadə, psixoloq Fərqanə Nağıyeva, pediatr Könül Hüseynova və BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin müəllimi Ülkər Qüdrətli çıxışlarında Daun sindromunun növləri, patologiyası, müalicə üsulları, dünyada və eləcə də ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər.

Daha sonra Kimya fakültəsinin könüllülərinin hazırladıqları səhnəcik və Daun sindromlu uşaqların rəqsi nümayiş olunub.

Sonda tədbirin təşkilatçıları Daun sindromlu uşaqlara hədiyyələr təqdim ediblər.

Xəbərlər

Ərzurum Texniki Universitetində BDU-nun professoru Arif Səlimova həsr olunmuş XXI Beynəlxalq Həndəsə Simpoziumu keçirilir

Ərzurum Texniki Universitetində BDU-nun professoru Arif Səlimova həsr olunmuş XXI Beynəlxalq Həndəsə Simpoziumu keçirilir
18/07/2025

“Huawei” şirkəti BDU-da rəqəmsal təhsil və idarəetmə sistemləri ilə bağlı təqdimat edib

“Huawei” şirkəti BDU-da rəqəmsal təhsil və idarəetmə sistemləri ilə bağlı təqdimat edib
17/07/2025

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb
17/07/2025