BDU-da “Dayanıqlı İnkişaf Məqsədləri və urbanizasiya” mövzusunda görüş

12/03/2026

“BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə keçirilən “Şəhərsalma və memarlıq həftəsi” çərçivəsində BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasovla “Dayanıqlı İnkişaf Məqsədləri və urbanizasiya” mövzusunda görüş olub.

“BDU könüllüləri” təşkilatının baş katibi Qasım Xəlilov “Şəhərsalma və memarlıq həftəsi”nin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, bu təşəbbüs müasir şəhər inkişafı, memarlıq mədəniyyəti və dayanıqlı urbanizasiya prinsiplərinin gənclər arasında təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. Həftə çərçivəsində təşkil olunan tədbirlərin əsas məqsədi tələbələrdə şəhərsalma və memarlıq sahələrinə marağı artırmaq, onların bu istiqamətdə nəzəri biliklərini genişləndirmək və praktik yanaşmalar barədə məlumatlandırmaqdır. Proqram çərçivəsində müxtəlif mövzularda seminarlar, təqdimatlar, mütəxəssislərlə görüşlər və interaktiv müzakirələrin keçirildiyini deyən Qasım Xəlilov tələbələrin şəhər mühitinin planlaşdırılması, müasir memarlıq tendensiyaları, ekoloji yanaşmalar və dayanıqlı inkişaf prinsipləri haqqında daha geniş məlumat əldə edəcəklərini vurğulayıb.

Daha sonra Asiman İlyasov çıxış edərək Dayanıqlı İnkişaf Məqsədləri haqqında ətraflı məlumat verib. Birləşmiş Millətlər Təşkilatı tərəfindən müəyyən edilən Dayanıqlı İnkişaf Məqsədlərinin qlobal səviyyədə insanların rifahının yaxşılaşdırılmasına, sosial bərabərliyin təmin olunmasına və ətraf mühitin qorunmasına yönələn mühüm hədəfləri özündə birləşdirdiyini diqqətə çatdırıb. Bu məqsədlər yoxsulluğun aradan qaldırılması, keyfiyyətli və inklüziv təhsilin təmin edilməsi, gender bərabərliyinin təşviqi, iqlim dəyişiklikləri ilə mübarizə, təbii resurslardan səmərəli istifadə və dayanıqlı şəhərlərin qurulması kimi əsas istiqamətləri əhatə edir. Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi yalnız dövlət qurumlarının deyil, eyni zamanda ali təhsil müəssisələrinin, vətəndaş cəmiyyəti institutlarının və gənclərin fəal iştirakı ilə mümkün olur. Universitetlər bu prosesdə maarifləndirici platforma rolunu oynayaraq tələbələrin qlobal problemlər barədə məlumatlılığının artırılmasına, onların dayanıqlı inkişaf prinsiplərinə əsaslanan təşəbbüslərdə iştirakına və yeni ideyaların formalaşmasına töhfə verir.

BDU-nun da bu istiqamətdə həyata keçirilən təşəbbüslərə xüsusi önəm verdiyini diqqətə çatdıran Asiman İlyasov qeyd edib ki, Universitetdə dayanıqlı inkişaf prinsiplərinin təbliği, ekoloji və sosial məsuliyyət mövzularında seminar və layihələrin təşkili, tələbələrin bu sahədə müxtəlif təşəbbüslərə cəlb olunması istiqamətində ardıcıl fəaliyyət həyata keçirilir.

Sonda könüllüləri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

BDU-da “Dayanıqlı İnkişaf Məqsədləri və urbanizasiya” mövzusunda görüş

BDU-da “Dayanıqlı İnkişaf Məqsədləri və urbanizasiya” mövzusunda görüş
12/03/2026

BDU tələbələri palçıq vulkanlarının fəaliyyətinin seysmoloji aspektləri ilə tanış olublar

BDU tələbələri palçıq vulkanlarının fəaliyyətinin seysmoloji aspektləri ilə tanış olublar
12/03/2026

BDU-da tarix elminin qarşısında duran əsas vəzifələr müzakirə olunub

BDU-da tarix elminin qarşısında duran əsas vəzifələr müzakirə olunub
11/03/2026