BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinə tələbə töhfəsi” mövzusunda növbəti təlim

28/04/2025

Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və “BDU könüllüləri”nin iştirakı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinə tələbə töhfəsi” mövzusunda növbəti maarifləndirici təlim təşkil olunub. Tədbir BDU-nun Keyfiyyət Təminatı Mərkəzinin təşəbbüsü və rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasovun rəhbərliyi ilə həyata keçirilib.

Təlimin əsas məqsədi tələbələrə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) haqqında geniş məlumat vermək, onların bu istiqamətdə bilik və təşəbbüskarlığını artırmaq, eləcə də Universitetdə dayanıqlı inkişaf mədəniyyətinin formalaşdırılmasına dəstək göstərməkdir.

Çıxışı zamanı Asiman İlyasov tələbələri dayanıqlı inkişaf təşəbbüslərində daha fəal iştirak etməyə çağırıb. O qeyd edib ki, tələbələrin bu sahədə fəaliyyəti Universitetin ümumi inkişaf strategiyasına əhəmiyyətli töhfə verir.

İştirakçılar müxtəlif təşəbbüs və ideyalarla çıxış edərək, ictimaiyyətə yönəlmiş maarifləndirmə kampaniyalarının təşkili, sosial və ekoloji yönümlü layihələrin həyata keçirilməsi barədə təkliflər irəli sürüblər.

Xəbərlər

BDU-nun Hüquq Klinikasının ilk ödənişsiz hüquqi yardım kampaniyası başa çatıb

BDU-nun Hüquq Klinikasının ilk ödənişsiz hüquqi yardım kampaniyası başa çatıb
18/05/2026

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-da

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-da
18/05/2026

BDU-da “ASAN müraciət” informasiya sistemi barədə infosessiya

BDU-da “ASAN müraciət” informasiya sistemi barədə infosessiya
18/05/2026