BDU-da diferensial operatorların bazislik xassələri və spektral ayrılışların müntəzəm yığması müzakirə edilib

23/02/2021

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində “Səthəd şərtlərinə spektral parametr daxil olan dördüncü tərtib requlyar Şturm sistemlərinin məxsusi funksiyalarının bazislik xassələri və spektral ayrılışlarının müntəzəm yığılması” mövzusunda onlayn elmi seminar keçirilib. “Riyazi analiz” kafedrasının professoru, riyaziyyat elmləri doktoru Ziyatxan Əliyev bu mövzuda məruzə edib.

Məruzədə bir ucu bərkidilmiş, digər ucunda inersial yük olan olan bircins Eyler-Bernulli çubuğunun əyilmə rəqslərini təsvir edən  sərhəd şərtlərinə spektral parametr daxil olan dördüncü tərtib adi diferensial tənliklər üçün spektral məsələ təqdim olunub. Baxılan məsələnin köklü alt fəzalarının strukturu, məxsusi funksiyalarının və onların törəmələrinin osillyasiya xassələri, məxsusi ədədləri və məxsusi funksiyaları üçün dəqiqləşdirilmiş asimptotik düsturlar, məxsusi funksiyalarının altsistemlərinin bazislik xassələri və bu altsistemlər üzrə spektral ayrılışlarının müntəzəm yığılması haqqında  məlumat verilib.

Professorlar Sadiq Abdullayev, Əli Əhmədov, Arif Səlimov, Hamlet Quliyev, dosentlər Telman Qasımov, dosent Yusif Sevdimalıyev məruzə ilə bağlı öz rəylərini bildirib, elmi seminarın çox aktual və əhəmiyyətli bir məsələnin müzakirəsinə həsr olunduğunu nəzərə çatdırıblar.

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026