BDU-da dissertasiya işlərində süni intellektdən istifadənin sərhədləri və risklərinə dair tədbir keçirilib

10/04/2026

Bakı Dövlət Universitetində (BDU) “Dissertasiya işlərində süni intellekt: normativ sərhədlər, risklər və akademik dürüstlüyün təmin edilməsi” mövzusunda tədbir keçirilib.

BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Farid Nağıyev qeyd edib ki, müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafı elmi nailiyyət sayılmaqla yanaşı, elmi fəaliyyətdə saxtakarlığa yol aça bilər. Xüsusilə süni intellektin dissertasiya və monoqrafiya kimi elmi işlərin yazılmasında rolu getdikcə daha çox müzakirə edilməkdədir. Dissertasiyaların yazılması zamanı plagiatla yanaşı, süni intellektdən istifadə hallarının qarşısını almaq vacibdir. Müəlliflik hüququ, plagiat riski və elmi araşdırmaların orijinallığı kimi məsələlər bu sahədə düzgün tətbiq mexanizmini tələb edir.

Tədbirdə “StrikePlagiarizm.com” sisteminin Azərbaycanda biznesin inkişafı üzrə meneceri Fəridə Rzazadə məruzə ilə çıxış edərək dissertasiya işlərində süni intellektdən istifadənin yaratdığı müasir çağırışlar, akademik dürüstlük üçün risklər və mövcud aşkarlama sistemlərinin məhdudiyyətləri barədə ətraflı məlumat verib. Bildirib ki, süni intellekt vasitəsilə yaradılmış məzmunun avtomatik aşkarlanması ehtimal xarakteri daşıyır və bu nəticələr birbaşa sübut kimi qəbul edilə bilməz. Beynəlxalq təcrübə və statistik göstəricilər mövcud nəzarət mexanizmlərinin yenidən nəzərdən keçirilməsinin vacibliyini göstərir.

Çıxış zamanı akademik dürüstlüyün təmin olunmasına yönəlmiş kompleks tədbirlər də təqdim edilib. Bu çərçivədə süni intellektdən istifadənin icazə verilən və qadağan olunan formalarının dəqiq müəyyənləşdirilməsi, istifadənin məcburi bəyan edilməsi, çoxsəviyyəli nəzarət mexanizmlərinin tətbiqi (qaralama materialların təhlili, şifahi müdafiə, stilometrik üsullar və avtomatlaşdırılmış yoxlama vasitələri), eləcə də mübahisəli halların şəffaf araşdırılması prosedurlarının və sanksiya sisteminin formalaşdırılması kimi məsələlər ön plana çəkilib. Eyni zamanda yeni texnoloji reallıqlar nəzərə alınmaqla tədris tapşırıqlarının formatının uyğunlaşdırılmasının zəruriliyi vurğulanıb.

Qeyd olunub ki, məqsəd süni intellekti qadağan etmək deyil, onu məsuliyyətli şəkildə tədris prosesinə inteqrasiya etmək, bununla da akademik dürüstlüyü və təhsilin keyfiyyətini qorumaqdır.

Tədbirin sonunda BDU-nun Antiplagiat Komissiyasının sədri Kəmalə Alışeva və “StrikePlagiarizm.com” sisteminin Azərbaycanda biznesin inkişafı üzrə meneceri Fəridə Rzazadə iştirakçıların suallarını cavablandırıblar.

 

Xəbərlər

BDU Çinin Şanxay Siyasi Elmlər və Hüquq Universiteti ilə əməkdaşlığa başlayır

BDU Çinin Şanxay Siyasi Elmlər və Hüquq Universiteti ilə əməkdaşlığa başlayır
10/04/2026

BDU-da dissertasiya işlərində süni intellektdən istifadənin sərhədləri və risklərinə dair tədbir keçirilib

BDU-da dissertasiya işlərində süni intellektdən istifadənin sərhədləri və risklərinə dair tədbir keçirilib
10/04/2026

BDU tələbələri “İntellektual qatar” sərgisi ilə tanış olublar

BDU tələbələri “İntellektual qatar” sərgisi ilə tanış olublar
10/04/2026