BDU-da "Dünənki və bugünkü teatr gənclərin gözü ilə" adlı tədbir

10/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 10 mart - Milli Teatr Gününə həsr olunmuş "Dünənki və bugünkü teatr gənclərin gözü ilə" adlı tədbir keçirilib.

Tədbirdə təlimçi qismində Azərbaycan Dövlət Pantomima Teatrının aktyoru, Əməkdar artist Elman Rəfiyev iştirak edib. Aktyor Azərbaycanda milli teatrın əsasının qoyulması, teatr sahəsində son dövrlərdə həyata keçirilən islahatlardan bəhs edib. O, teatrın insanın şəxsiyyət kimi formalaşmasında böyük rola malik olduğunu deyib və gənclərin teatra marağının artırılmasının vacibliyini vurğulayıb.

Daha sonra Elman Rəfiyev tələbələrin suallarını cavablandırıb.

Tədbirin sonunda aktyor özünün səsləndirdiyi 64 şeirdən ibarət CD-lərini tələbələrə təqdim edib.

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026