BDU-da “DNT markerlərin kriminalistika və populyasiya genetikasının tədqiqində rolu və STR analizi”nə dair vorkşop keçirilib

12/05/2021

Bakı Dövlət Universitetinin Biologiya fakültəsi Biomühəndislik elmi-tədqiqat laboratoriyasının  “DNT markerlərin kriminalistika və populyasiya genetikasının tədqiqində rolu və STR analizi”nə dair onlayn vorkşopu keçirilib.

Nyu York Dövlət Universiteti və Albani Universitetinin məzunu, RNA İnstitutunun tədqiqatçısı və doktorantı Əsmər Əliyeva Azərbaycan populyasının Globalfiler Kit-i ilə STR allel tezlikləri databazasının yenilənməsi mövzusunda məruzə edib. Yenilənmiş və genişləndirilmiş 20 CODIS STR lokusunu özündə cəmləyən Globalfiler Kit-i ilə Azərbaycan populyasiyası üçün STR allel tezlikleri 506 nümünə ilə öyrənilməsi, tələb olunan bütün kriminalistik və populyasiya genetikasının statistik göstəriciləri müxtəlif proqramlar vasitəsilə təsdiqlənməsi haqqında məlumat verib. Yeni təsdiqlənmiş databaza, kriminalistika, atalıq testləri və insan identifikasiyanda istifadə edilə biləcəyi qeyd edilib. Qeyd edilən məlumatlar, International Journal of Legal Medicine (“Leqal Tibb Beynəlxalq Jurnalı”) jurnalının “Population genetic data for 21 autosomal STR loci in the Azerbaijani population using the Globalfiler™ kit” ("Globalfiler™ kit-dən istifadə etməklə Azərbaycan populyasiyasında 21-ci autosomal STR lokusu üçün populyasiya genetik məlumatları") adlı məqaləsində öz əksini tapıb.

(https://link.springer.com/article/10.1007%2Fs00414-021-02610-2)

Nyu York Dövlət Universiteti və Albani Universitetinin Kriminalistik biologiya proqramının rəhbəri Dr. Arati İyengarmt DNT (mitoxondrial) və SNP markerlərinin kriminalistikada rolu və əhəmiyyəti” mövzusunda çıxış edib. Çıxışda cinayət yerlərində tapılan DNT nümunələrinin əksəriyyəti zədələnmiş, kirlənmiş çətin analiz olunan nümunələr təşkil etdiyi, bu nümunələr ilə işləyərkən mtDNT-nin rolunun əhəmiyyəti, nüvə DNT-dən fərqli olaraq davamlı olduğu və insan qalıqlarının, tanınmaz halda olan nümunələrinin identifikasiyasında istifadə olunması və populyasiya miqrasiyasınin öyrənilməsində önəmi qeyd edilib. Eyni zamanda SNP markerlərinin kriminalistikada STR və mtDNT testlərini təsdiqləmək üçün istifadəsi, insanın boyu, üz quruluşu, göz, saç və dəri rənginin təyin edilməsinin mümkünlüyü barədə məlumat verib.

Seminar mövzu haqqında geniş diskussiya ilə yekunlaşıb.

Xəbərlər

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş
24/04/2024

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”
24/04/2024

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər
24/04/2024