BDU-da “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda II Respublika elmi konfransı öz işinə başlayıb

21/12/2017

Bakı Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda II Respublika elmi konfransı öz işinə başlayıb.

Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev müzakirə olunacaq mövzuların tarix elminin aktual problemlərinə həsr olunduğunu, gənclərin, xüsusilə tələbələrin elmi araşdırmalara cəlb edilməsi baxımından  mühüm əhəmiyyət kəsb etdiyini bildirib və konfransın işinə uğurlar arzulayıb. Dekan konfransın gündəliyi barədə məlumat verib, respublikamizin 17 elm-təhsil müəssisəsindən bakalavr, magistrant, doktorant və elmi işçilərin iştirak etdiyini, iki  gün ərzində 10 bölmədə 54 məruzənin dinlənilməsinin nəzərdə tutulduğunu bildirib.

Konfransda Azərbaycanın ərazisi və əhalisi: etno-demoqrafik proseslər,  Azərbaycançılıq ideologiyasına elmi-nəzəri baxış,  Azərbaycan Respublikası ərazilərinin Ermənistan tərəfindən işğalı kimi mövzularda məruzələr dinlənilib.

Qeyd edək ki, konfrans Bakı Dövlət Universitetinin Tarix fakültəsi, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrası və Dünya azərbaycanlıları: tarixi demoqrafiya elmi tədqiqat laboratoriyasının təşkilatçılığı, Diasporla iş üzrə Dövlət Komitəsinin və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilir.

Mətbuat və informasiya şöbəsi, 21 dekabr 2017-ci il.

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025