BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü - VİDEO

29/12/2013

Bu gün Bakı Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib. Rektor, akademik Abel Məhərrəmov tədbiri giriş sözü ilə açaraq deyib ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Bu tarix ölkəmizin dünya dövlətləri arasında söz sahibinə çevrilməsinə, dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və təşkilatlanmasına böyük təkan verib. Bu gün Prezident İlham Əliyevin diaspor quruculuğu işinə böyük əhəmiyyət verməsi, bu prosesə hərtərəfli yardım göstərməsi nəticəsində xaricdəki həmvətənlərimizin birlik, həmrəylik telləri daha da güclənib, onlar müstəqil dövlətimizin təbliği işinə öz layiqli töhfələrini verməkdədirlər. Ötən ildə respublikamız bütün sahələrdə böyük uğurlar əldə etmiş, iqtisadi inkişaf dinamikasına görə dünyanın aparıcı dövlətlərindən birinə çevirmiş, beynəlxalq nüfuzu yüksəlmiş, elmdə, təhsildə, idmanda, mədəniyyətdə möhtəşəm nailiyyətlərə imza atmışdır.

Sonra BDU-nun kafedra müdirləri – Yaqub Mahmudov və Rüstəm Məmmədov çıxış edib, bu əlamətdar günün əhəmiyyətindən, Dünya Azərbaycanlılarının birlik və həmrəyliyindən bəhs ediblər.

Mətbuat və informasiya şöbəsi, 30 dekabr 2013-ci il.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılışı

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılışı
26/07/2025

BDU-nun Hüquq fakültəsinin 12 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub

BDU-nun Hüquq fakültəsinin 12 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub
25/07/2025

BDU-nun iki məzunu beşinci “Yüksəliş” müsabiqəsinin qalibidir

BDU-nun iki məzunu beşinci “Yüksəliş” müsabiqəsinin qalibidir
25/07/2025