BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

29/12/2023

Bakı Dövlət Universitetində (BDU) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, 2023-cü il xalqımızın və dövlətimizin taleyinə ən əlamətdar illərdən biri kimi həkk olunub. Bu il Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz suverenliyimizi bərpa edib. Qarabağda erməni seperatizmi darmadağın olunub, Xankəndidə, Əsgəranda, Xocalıda bayrağımız ucaldılıb. Bu parlaq qələbəmiz məhz Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlət müstəqilliyimizin möhkəm təməllərinin qoyulması, milli ruh, azərbaycançılıq məfkurəsinin yüksəlməyə başlaması, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar sayəsində qazanılıb. Bu il xalqımız müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, BDU-nun dünya şöhrətli məzunu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini böyük sevgi və ehtiramla qeyd edir. Ulu Öndərimizin irsinin tədiqiqini, təbliğini özünün ən ali məqsədlərindən biri sayan BDU kollektivi də bu müqəddəs missiyaya öz töhfəsini verib. BDU Elmi Şurasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı qəbul olunub. Tədbirlər Planına uyğun olaraq, il ərzində Ulu Öndər Heydər Əliyevin mənalı həyatı və zəngin dövlətçilik fəaliyyəti ilə bağlı beynəlxalq konfranslar, seminarlar, xüsusi mühazirələr, ustad dərsləri və s. çoxşaxəli tədbirlər keçirilib, kitablar nəşr olunub.

Əliş Ağamirzəyev qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: “1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Bundan sonra bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikası Ali Sovetində qərar qəbul olundu. 1992-ci ildən etibarən isə bütün ölkəmizdə bu bayram dövlət səviyyəsində qeyd olunmağa başladı. Ulu Öndərin bütün arzuları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilib. Ümummilli Liderin bütün dünya azərbaycanlılarını Vətən uğrunda birləşdirmək ideyası reallaşıb, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Ölkəmizin indiki qələbələrinin təməlində məhz Ulu Öndərin dövlətçilik siyasəti, azərbaycançılıq məfkurəsi dayanır”.  
Daha sonra BDU-nun Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri Mehman Abdullayev, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu çıxışlarında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən söz açıb, bu ənənənin dünya azərbaycanlılarının milli kimliyinin inkişafındakı önəmindən bəhs ediblər.

Tədbir BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı bayram proqramı ilə davam edib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024