BDU-da dünya ekosisteminin qorunmasına dair elmi müzakirələr aparılıb

21/05/2021

Buzlaqların, xüsusilə Antarktidanın ekoloji durumunun zəifləməsi və pozulması bəşəri əhəmiyyət kəsb edən məsələlərdəndir. Çünki buzlaqlarda insan üçün çox vacib olan bioloji amillər və böyük mineral xammal ehtiyatları vardır. Dünya coğrafiyasında baş verən dəyişikliklər Bakı Dövlət Universitetinin (BDU) təbiət fakültələrinin diqqət mərkəzindədir.

BDU-nun Coğrafiya və Geologiya fakültələri vəTələbə Gənclər Təşkilatının (TGT) birgə təşəbbüsü ilə "Antraktidanın ekosisteminin qorunması və onun əhəmiyyəti" mövzusunda dəyirmi masa keçirilib.

Coğrafiya fakültəsinin dekan müavini Qoşqar Məmmədov Antraktida ekosisteminin qorunmasının dünya coğrafiyasındakı əhəmiyyətindən danışıb, hazırda müxtəlif ölkələrdən 4 mindən çox tədqiqatçının Antarktida ilə bağlı tədqiqatlara cəlb olunduğunu diqqətə çatdırıb.

Coğrafiya fakültəsinin Dünyanın fiziki coğrafiyası kafedrasının baş müəllimi İrkan Aktoprak Antraktidanın quru və su mühitinin canlıları barədə məlumat verib, bu ərazinin dünya ekosistemində mühüm rol oynadığından bəhs edib.

Geologiya fakültəsinin Hidrologiya və mühəndis geologiyası kafedrasının müəllimi Günay Hüseynova Antraktida ekosisteminin qorunmasında dünya ölkələrinin göstərdiyi təşəbbüslər və görülən işlər barədə məlumat verib.

Sonra Coğrafiya fakültəsi TGT sədr müavini Cavid Bağırov Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan Dayanıqlı İnkişaf Məqsədlərinin 15-ci bəndində qeyd olunan hədəflərdən danışıb, Torpaq ekosisteminin mühafizəsi çərçivəsində bioloji müxtəlifliyin itirilməsinin günün ən planetar əhəmiyyətli problemi olduğunu deyib.

Sonda Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova çıxış edərək dünya ölkələrinin alimləri ilə birgə planetar əhəmiyyətli təşəbbüsünə qoşulmağın və BDU alimlərinin bu prosesə öz elmi-praktiki töhfəsini verməli olduğuna diqqət çəkib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024