BDU-da dünya şöhrətli alim Lütfi Zadənin 105 illik yubileyi qeyd olunub

05/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin təşkilatçılığı ilə dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin anadan olmasının 105 illiyinə həsr olunmuş tədbir keçirilib.

Riyaziyyat üzrə fəlsəfə doktoru Səbuhi Abdullayev dahi alimin elmi irsi, qeyri-səlis məntiq nəzəriyyəsinin əhəmiyyəti və onun müasir elmdə tətbiq sahələri barədə gənc riyaziyatçılara ətraflı məlumat verib. Tədbirin gənc nəslin elmə, təhsilə olan marağını artırmaq, Lütfi Zadənin həyatı və elmi fəaliyyəti barədə məlumatlarını genişləndirmək, ona dünya şöhrəti gətirən nəzəriyyələri, elmi nailiyyətləri, kəşfləri barədə biliklərini artırmaq,  böyük alimin zəngin irsini və qeyri-səlis məntiq nəzəriyyəsini təbliğ etmək məqsədi daşıdığını deyib.

Texnika elmləri doktoru, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının vitse-prezidenti, professor Şahnaz Şahbazova Lütfi Zadə ilə bağlı xatirələrini bölüşüb. Lütfi Zadənin dünya elminə verdiyi misilsiz töhfələrin gələcək nəsillər üçün yol göstərən bir məktəb olduğunu qeyd edib.

Tədbirdə BDU-nun kafedra müdirləri - AMEA-nın müxbir üzvü Misir Mərdanov, Əməkdar elm xadimi Arif Səlimov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, yeniyetmə riyaziyyatçılar, həmçinin Lütfi Zadə nəzəriyyəsi ilə məşğul olan gənc alimlər iştirak ediblər.

Xəbərlər

BDU ilə Özbəkistanın İnnovasiya Texnologiyaları Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın İnnovasiya Texnologiyaları Universiteti arasında anlaşma memorandumu imzalanıb
30/04/2026

Tanınmış bəstəkar, BDU-nun kafedra müdiri İqbal Ağayevin “Ömrün səhifələri” adlı ədəbi-bədii gecəsi keçirilib

Tanınmış bəstəkar, BDU-nun kafedra müdiri İqbal Ağayevin “Ömrün səhifələri” adlı ədəbi-bədii gecəsi keçirilib
29/04/2026

BDU və “ARB 24”ün birgə layihəsi olan növbəti “NewsLab” təlim proqramı başlayıb

BDU və “ARB 24”ün birgə layihəsi olan növbəti “NewsLab” təlim proqramı başlayıb
29/04/2026