BDU-da doktorant və dissertantlarla görüşlər keçirilir

22/01/2025

Bakı Dövlət Universitetinin (BDU) fakültələrində doktorant və dissertantlarla görüşlər keçirilir.

İclaslarda BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov, Doktorantura şöbəsinin müdiri Mirnamik Bəşirov, fakültələrin elmi işlər üzrə dekan müavinləri iştirak edirlər. Görüşlər zamanı təhsil müddəti bitmək üzrə olan və yeni qəbul olmuş doktorant və dissertantlara tövsiyələr verilib, onlardan gözlənilən öhdəlik və tələblərlə bağlı ətraflı məlumat təqdim edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 3.27-ci və 4.7-ci bəndləri xüsusilə vurğulanıb, qaydalarda göstərilən tələblərin yerinə yetirilməsinin vacibliyi və ixtisas imtahanlarının təhsil müddətində verilməsi zərurəti qeyd edilib.

Sonda doktorantların sualları cavablandırılıb.

 

Xəbərlər

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
16/09/2026

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
16/09/2026