BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

30/05/2019

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 11 aprel 2019-ci il tarixli 28 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən  Bakı Dövlət Universitetində ali təhsil müəssisəsinin professor-müəllim heyətinin, yuxarı kurslarda təhsil alan bakalavr və magistrlərin iştirakı ilə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov, Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə də iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyeva gənclərin dövlət qulluğuna maraq göstərməsi və onların bu xidmətə daxil olmalarının stimullaşdırılmasına, bu sektorda fəaliyyət göstərmələrinə motivasiya yaratmağın əhəmiyyətindən danışıb.

DİM-in şöbə müdiri Vüqar Əsgərov çıxışında dövlət qulluğu və kadr siyasəti məsələlərində daha mükəmməl və şəffaf modelə nail olmaq məqsədilə həyata keçirilən tədbirlər, qanunvericilik bazasında edilmiş zəruri dəyişikliklər, dövlət qulluğuna qəbul mexanizmləri, dövlət qulluğunda çalışmağın üstünlükləri və digər məsələləri iştirakçıların diqqətinə çatdırıb. DİM-in sektor müdiri Xanlar Xanlarzadə isə Mərkəzin saytı vasitəsilə dövlət qulluğu sahəsində göstərilən elektron xidmətlər – test imtahanlarında iştirak etmək üçün qeydiyyat prosesi, qəbul imtahanı proqramları, sertifikatların verilmə qaydası, vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə elan edilmiş müsahibə elanları, vəzifə təlimatı, müsahibələrə hazırlıq haqqında məlumat verib.

Tədbirin sonunda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 30 may 2019-cu il.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: "Sentyabrın 21-də ilin ikinci Günəş tutulması baş verəcək"

BDU-nun Astrofizika kafedrası: "Sentyabrın 21-də ilin ikinci Günəş tutulması baş verəcək"
16/09/2025

BDU və “AFB Bank” nümayəndələri arasında görüş keçirilib

BDU və “AFB Bank” nümayəndələri arasında görüş keçirilib
16/09/2025

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimi Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibidir

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimi Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibidir
16/09/2025