BDU-da «Dövlət və hüquq quruculuğunun aktual problemləri» mövzusunda XI Respublika Elmi-Praktik Konfransı başlayıb

11/05/2011

Bu gün Bakı Dövlət Universitetində Hüquq fakültəsinin Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “Dövlət və hüquq quruculuğunun aktual problemləri” mövzusunda iki gün davam edəcək XI Respublika elmi-praktik konfransı öz işinə başlayıb. Konfransda respublikanın hüquq təhsil mərkəzlərinin hamısı – Bakı Dövlət Universiteti, AMEA-nın Fəlsəfə Sosiologiya və Hüquq İnstitutu, Konstitusiya Məhkəməsi, Polis Akademiyası, Ədliyyə Nazirliyi, Ədliyyə Akademiyası, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi, İdarəçilik Akademiyası və Milli Aviasiya Akademiyası təmsıl olunub. Tədbirdə Almaniya, Rusiya və Gürcüstan alimləri də məruzə ilə çıxış edəcəklər.

Rektor, akademik Abel Məhərrəmov ulu öndərin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş konfransın əhəmiyyətindən, elmə verəcəyi töhfələrdən bəhs edib. Bildirib ki, dünyanın 200-dən artıq dövlətinin yalnız bəzilərinin tarixində ümummilli lider olub: “Azərbaycan həmin xoşbəxt ölkələrdəndir ki, Heydər Əliyev kimi dahi öndəri var. Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə gələndə qarşıya məqsəd qoydu ki, hüquqi, dünyəvi, demokratik dövlət yaratmalıyıq. O, təşkilatçılığına, təcrübəsinə və vətəni sevməsinə görə bunu bacardı. Azərbaycanda hüquqi, dünyəvi dövlət yarandı”.

Daha sonra hüquq elmləri doktorları, professorlar Eliko Lamix (Almaniya), Vladimir Soyfer (Rusiya), Məsumə Məlikova, Firudin Səməndərov, Alış Qasımov çıxış ediblər. 270-ə yaxın məqalə və məruzələrdən ibarət olan konfrans 7 bölmədən ibarətdir: “Dövlət və hüquq nəzəriyyəsi və tarixi, beynəlxalq hüquq”, “Konstitusiya hüququ, inzibati hüquq, insan hüquqları”, “Mülkü hüquq”, “Mülki proses, əmək və ekologiya hüququ”, “Cinayət hüququ və kriminologiya; cəza icra hüququ”, “Cinayət prosesi” və “Kriminalistika, məhkəmə ekspertizası və əməliyyat-axtarış fəaliyyəti”. Konfrans işini davam etdirir.

Mətbuat İnformasiya şöbəsi, 11 may, 2011-ci il.


 

Xəbərlər

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub
23/04/2024

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır
23/04/2024

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”
23/04/2024