BDU-da “Dövlətçilik tariximizdə Cümhuriyyətin yeri” adlı tədbir

22/05/2023

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində 28 May - Müstəqillik Gününə həsr olunmuş “Dövlətçilik tariximizdə Cümhuriyyətin yeri” adlı tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kimya fakültəsinin dekanı Fuad Kərimli çıxışında bildirib ki, müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür: “1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika, demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir. 28 May tarixi 1990-cı ildən ölkəmizdə “Respublika Günü” kimi qeyd edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il oktyabrın 15-də “Müstəqillik Günü haqqında” qanunu təsdiqləyib və mayın 28-i “Müstəqillik Günü” elan edilib. Müstəqil və qalib Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisidir.

Rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində öz şücaətini bütün dünyaya nümayiş etdirməklə, parlaq Zəfərə imza atıb.

BDU-nun Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının (Humanitar fakültələr üzrə) dosenti Boran Əziz “Dövlətçilik tariximizdə Cümhuriyyətin yeri” mövzusunda məruzə edib.  O deyib ki, Xalq Cümhuriyyətinin qurucuları çar Rusiyasının məqsədyönlü şəkildə müxtəlif quberniya və qəzalara böldüyü torpaqlarımızda yoxdan dünyəvi dövlət yaratdılar. Bu, müsəlman Şərqində ilk belə cürətli addım idi. Nəticədə buna qədər yalnız coğrafi məfhum olan Azərbaycan ilk dəfə beynəlxalq hüququn subyektinə çevrildi.

Tədbirin sonunda “Müstəqillik Günü”nə həsr olunan videoçarx nümayiş olunub və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024