BDU-da “Dövlətçilik və şəxsiyyət” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib

05/11/2021

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Sosial və pedaqoji psixologiya kafedrasının yaranmasının 10 illiyinə həsr olunmuş “Dövlətçilik və şəxsiyyət” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib.  
Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva plenar iclası açıq elan edib, onun işinə uğurlar arzulayıb.
Konfransın moderatoru Sosial və pedaqoji psixologiya kafedrasının müəllimi Diyanə İbrahimova konfrans mövzusunun aktuallığından bəhs edərək millətin inkişafında dövlətçilik və şəxsiyyət amilinin rolunun kifayət qədər yüksək olmasını, hər bir cəmiyyətin müxtəlif dövrlərdə görkəmli şəxsiyyətlər yetişdirməsini, bu şəxsiyyətlərin milli dövlətçiliyin və mənsub olduqları cəmiyyətin inkişafında müstəna rol oynadığını vurğulayıb.  Bu münasibətlərin hazırkı dövrdə də aktual olmasını və müasir yanaşmalar baxımından araşdırılmasının maraqlı olmasını diqqətə çatdırıb.  
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Psixologiya kafedrasının baş müəllimi İ.Sultanovanın “Əbdül Əlizadənin üçtərkibli taksonomiyasında şəxsiyyətin polimədəni inkişaf məsələləri”, BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının müəllimi Ş.Aslanovanın “Şəxsiyyətin dəyərlər sisteminin formalaşmasına təsir göstərən etnik-psixoloji amillərin təhlili”, Sumqayıt Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının dosenti A.Hacıyevanın “Şəxsiyyətin inkişafına emosiyaların təsirinin təhlili”, BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının müəllimi M.Eyyubovanın “Şəxsiyyətin cəmiyyətə adaptasiyanın sosial-psixoloji aspektləri”, Əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında Dövlət məşğulluq agentliyinin böyük məsləhətçisi X.Rzanın “Vətən müharibəsi Azərbaycan mediasında” mövzularında məruzələri dinlənilib.
Qeyd edək ki, konfransda müxtəlif universitetlərdən professor-müəllim heyəti, doktorantlar və magistrantlar iştirak ediblər.
Tədbirin sonunda BDU-nun Elm fəaliyyətinin təşkili və İnnovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanov çıxış edərək Sosial və pedaqoji psixologiya kafedrasının yaranmasının 10 illiyi münasibətilə kafedra əməkdaşlarını təbrik edib.

Xəbərlər

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı
27/04/2026

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır
27/04/2026

BDU-nun həmtəşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 103 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktiki konfransı keçirilib

BDU-nun həmtəşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 103 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktiki konfransı keçirilib
27/04/2026