BDU-da dəyirmi masa: "Azad Qarabağın geoloji intibahı: Füzuli rayonunun nümunəsində”

15/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsində qazandığımız Zəfərin beşinci ildönümünə həsr olunmuş "Azad Qarabağın geoloji intibahı: Füzuli rayonunun nümunəsində” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirin məqsədi işğaldan azad edilmiş Füzuli rayonunun geoloji quruluşu, təbii sərvətləri və regionun gələcək elmi-tədqiqat potensialı barədə tələbələri maarifləndirmək olub.
Dəyirmi masada iştirakçılara Füzuli rayonunun geoloji quruluşu, mineral-xammal ehtiyatları, hidrogeoloji xüsusiyyətləri və ərazinin bərpa prosesi üçün strateji əhəmiyyəti barədə ətraflı məlumat verilib. Çıxışlarda qeyd olunub ki, azad edilmiş ərazilərin geoloji baxımdan öyrənilməsi gələcəkdə ölkənin iqtisadi inkişafına, xüsusilə də tikinti, kənd təsərrüfatı və sənaye sahələrinə mühüm töhfə verəcək.
Eyni zamanda vurğulanıb ki, Füzuli rayonu geoloji baxımdan unikal təbii resurslara malikdir və bu ərazilərdə aparılan yeni tədqiqatlar Azərbaycanın mineralogiya və mühəndis geologiyası sahəsində mühüm elmi nəticələr əldə etməsinə imkan yarada bilər.
Tədbir interaktiv müzakirələrlə davam edib.

Xəbərlər

Bu gün görkəmli alim, akademik Rəfiqə Əliyevanın anım günüdür

Bu gün görkəmli alim, akademik Rəfiqə Əliyevanın anım günüdür
06/05/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin RFO-da tarixi uğuru: 3 qızıl, 4 gümüş, 4 bürünc medal

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin RFO-da tarixi uğuru: 3 qızıl, 4 gümüş, 4 bürünc medal
06/05/2026

BDU tələbələri “Azerbaijan International Mining Company Limited” şirkətində istehsalat təcrübəsində

BDU tələbələri “Azerbaijan International Mining Company Limited” şirkətində istehsalat təcrübəsində
06/05/2026