BDU-da "Eşitmə məhdudiyyətli şəxslərlə psixoprofilaktik iş" adlı tədbir keçirilib

17/04/2025

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Sosial və pedaqoji psixologiya kafedrasının təşəbbüsü ilə “Eşitmə məhdudiyyətli şəxslərlə psixoprofilaktik iş” adlı tədbir keçirilib. Tədbirdə “Cochlear Azərbaycan” reabilitasiya və bərpa mərkəzinin direktoru Ləman Həsənzadə, audioloq Elmar Allahverdiyev, ABA terapist-pedaqoq Nəsibə Ağaverdiyeva, kafedranın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, professor Kamilə Əliyeva tədbirin əhəmiyyətindən bəhs edib.

“Cochlear Azərbaycan” reabilitasiya və bərpa mərkəzinin direktoru Ləman Həsənzadə mərkəzin fəaliyyəti və orada göstərilən xidmətlər haqqında danışıb. Mərkəzin audioloqu Elmar Allahverdiyev tədbir iştirakçılarına eşitmə cihazları və koxlear implantın əhəmiyyəti haqqında məlumat verib, bu cihazların eşitmə itkisi olan şəxslərin səsləri daha yaxşı duymaları üçün köməkçi cihaz olduğunu bildirib.

ABA terapist-pedaqoq Nəsibə Ağaverdiyeva ABA terapiyanın (Tətbiqi Davranış Terapiyası - Applied Behaviour Therapy) diqqəti uşaqların davranış problemləri üzərində cəmləşdirən terapiya olduğunu, bunun davranış və inkişaf pozuntuları olan uşaqlar üçün istifadə edildiyini söyləyib: “ABA təlimi autizm spektr pozuntusu korreksiyasında, diqqət əksikliyi və hiperaktiv pozuntu, zəka yetərsizliyi kimi problemlərdə tətbiq oluna bilən əvəzedilməz bir metoddur. Bu tip terapiya davranışın müşahidəsi, məqsədlərin müəyyən edilməsi, davranışın ölçülməsi, nəticələrin təhlili və davranışın effektiv şəkildə dəyişdirilməsi prosesini əhatə edir. ABA terapiya uşaqların idrak, ünsiyyət, dil və sosial bacarıqlarını inkişaf etdirməyə kömək edir. Təcrübə və tədqiqatlar göstərir ki, ABA terapiyası erkən yaşda başladıqda daha təsirli olur”.

Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026