BDU-da EKOLOGLAR BURAXILIŞ İŞLƏRİNİ UĞURLA MÜDAFİƏ EDİBLƏR

21/06/2011

Bu gün Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində dördüncü kurs tələbələrinin buraxılış işlərinin müdafiəsi keçirilib. Buraxılış Müdafiə Komissiyasına Ekologiya və Təbii Sərvətlər nazirinin birincı müavini, AMEA-nın müxbir üzvü Novruz Quliyev rəhbərlik edib. Buraxılış Müdafiə Komissiyasının sədr müavini, Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, dosent Nazim Şəmilovun sözlərinə görə, fakültənin 15 tələbəsi öz buraxılış işlərini uğurla müdafiə ediblər. Buraxılış işlərinin mövzuları ölkəmiz üçün aktual olan ekologiya mövzularıdır (su hövzələrinin çirklənməsi, balıqlara və suda yaşayan digər canlılara ətraf mühitin təsiri və sair).

Xatırladaq ki, Ekologiya və torpaqşünaslıq fakültəsi prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən elan edilmiş «Ekologiya ili» çərçivəsində ölkə ali təhsil sistemində ilk olaraq Bakı Dövlət Universitetində yaradılıb. Yeni yaradılmış və müasir avadanlıqlarla təchiz olunmuş fakültədə bakalavr pilləsi üzrə 3 ixtisas - “Ekologiya”, «Torpaqşünaslıq və aqrokimya», «Yer quruluşu, torpaq və şəhər kadastrı» ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Mətbuat və İnformasiya Şöbəsi, 21 iyun 2011-ci il.

Xəbərlər

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026