BDU-da “Ekoloji problemlərlə mübarizə ölkə iqtisadiyyatına töhfə verir” adlı debat turniri

22/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) “Debat klubu” tərəfindən Milli Debat Proqramı çərçivəsində 56-cı daxili debat turniri keçirilib.

BDU-nun THİK sədri Zöhrab Cavadzadə debat turnirlərinin gənclərin özünüifadə bacarıqlarının, liderlik keyfiyyətlərinin formalaşmasında böyük rol oynadığını bildirib. debatçılara uğurlar arzulayıb.

“Ekoloji problemlərlə mübarizə ölkə iqtisadiyyatına töfhə verir” mövzusunda keçirilən turnir çərçivəsində qrup və seçmə oyunları keçirilib. Yarışda Azərbaycan bölməsi üzrə 21, rus bölməsi üzrə isə 8 komanda iştirak edib. 2 gün davam edən turnirdə 100-ə yaxın tələbə mövzu ətrafında müzakirələrdə iştirak edib.

Daxili turnirin final mərhələsində Azərbaycan bölməsi üzrə “Gilas” və “Alça”, rus bölməsi üzrə isə “Söhbət səndən gedir, ömür məndən” və “Krasnıy Lotos” komandaları yarışıb. Yarışın nəticələrinə əsasən, “Gilas” və “Krasnıy Lotos” komandaları qalib olub.

Turnirdə hər iki bölmə üzrə ən yaxşı 20 natiq də müəyyənləşib. Azərbaycan bölməsi üzrə Kimya fakültəsinin tələbəsi Fərid Abbasov (63.57 bal), rus bölməsi üzrə isə Sosial elmlər və psixologiya fakültəsinin tələbəsi Məryəm İbrahimli (62 bal) bu siyahının öncüllərindən olublar.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Günəş aktivliyi yüksəkdir, geomaqnit qasırğası olacaq”

BDU-nun Astrofizika kafedrası: “Günəş aktivliyi yüksəkdir, geomaqnit qasırğası olacaq”
04/06/2026

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü elan edir

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü elan edir
04/06/2026

BDU-da çöl-tədris təcrübələri başlayıb

BDU-da çöl-tədris təcrübələri başlayıb
04/06/2026