BDU-da "Ekoloji terror - Qarabağın təbiəti" adlı maarifləndirici tədbir

22/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə "Ekoloji terror - Qarabağın təbiəti" adlı maarifləndirici onlayn tədbir keçirilib. Ekologiya və torpaqşünaslıq fakültəsinin TGT sədri Nigar Muxtarzadə tədbiri giriş sözü ilə açaraq ermənilərin Qarabağda həyata keçirdiyi ekoloji terrorun fəsadları və bu istiqamətdə azad edilmiş ərazilərdə görüləcək işlər barəsində danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan faktiki olaraq Azərbaycana qarşı ekoloji terror törədib. Biz o torpaqları yenidən həyata qaytarmalıyıq. Ölkəmizin ən gözəl və bərəkətli regionlarından biri Qarabağın perspektivləri Azərbaycanın davamlı inkişafı üçün çox vacib olacaq. Regionun bərpası ilə bağlı bizi çox böyük işlər gözləyir.

Daha sonra Ekologiya və torpaqşünaslıq fakültəsi tələbələri Ətirxanım Abdullazadə, Həcərə  Babaşova və Mahir Məmmədov çıxış edərək Qarabağın təbiəti, flora və faunası, gənclərin azad edilmiş ərazilərin bərpasındakı gələcək rolundan bəhs ediblər.

 

Xəbərlər

Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”
03/09/2026

BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir
03/09/2026

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026