BDU-da “Ekoloji şüur, ekoloji təhsil, ekoloji mədəniyyət” adlı dəyirmi masa

15/11/2024

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasında Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) önəminə həsr olunmuş “Ekoloji şüur, ekoloji təhsil, ekoloji mədəniyyət” mövzusunda dəyirmi masa keçirilib.

Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova COP29 konfransının ölkəmiz və bütün dünya üçün əlamətdar hadisə olduğunu deyib. O qeyd edib ki, planetimizi əhatə edən dərin ekoloji böhranların dərki öz ifadəsini məhz ekoloji şüurda tapır: “Ekoloji şüurun reallaşması üçün isə şəxsi iradə, ekoloji fəaliyyət, ekoloji təcrübənin toplanması və mübadiləsi, cəmiyyətdə ekoloji mədəniyyətin kommunikasiyası zəruridir. Ətraf mühitin ekoloji vəziyyətinin gərginləşməsi insan-təbiət münasibətlərinə yeni baxış tələb edir. Məhz buna görə COP-un keçirilməsi böyük əhəmiyyətə malikdir. Qlobal istiləşmənin qarşısını almaq üçün bütün ölkələrin məsuliyyətlə davranması çox önəmlidir”.

Daha sonra dekan müavini Nəzakət Kərimova çıxış edərək, ekoloji problemlərin milli sərhəd tanımadığını, qlobal səciyyə kəsb etdiyini bildirib. O vurğulayıb ki, artıq insanlar və dövlətlər təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anlayırlar.

Fəlsəfə kafedrasının saathesabı müəllimləri İsmayıl Ələkbərov, Zeynəb Manafova, Aysan Əliyeva, Məlahət Məmmədova COP-un yaranma tarixi, belə mötəbər tədbirin Azərbaycanda keçirilməsinin əhəmiyyəti, bu istiqamətdə aparılan tədbirlər haqqında məlumat verib, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihəsindən, milli qoruqların yaradılması zərurətindən danışıblar. Məruzəçilər daha sonra iqlim dəyişikliyi ilə mübarizədə etik məsuliyyət və ədalət hisslərinin mühüm rolu haqqında fikir mübadiləsi aparıblar.

 

Xəbərlər

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026