BDU-da elektron biblioqrafik resursların təsnifatı araşdırılıb

13/12/2024

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Elektron biblioqrafik resursların təsnifatı” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının müəllimi Namiyə Xəlilova mövzu üzrə məruzə edib.

Məruzəçi əvvəlcə cəmiyyətin qlobal informasiyalaşdırılması kontekstində biblioqrafik fəaliyyətin yeni forması kimi meydana çıxan elektron biblioqrafik resurların əhəmiyyəti və perspektivləri barədə məlumat verib. Elektron biblioqrafiyanın mühüm xassələri, ənənəvi biblioqrafiya ilə əlaqəsi, informasiya potensialından
istifadə metodologiyası, elektron resurların ümumi xarakteristikası və  müxtəlif əlamətlər üzrə təsnifləşdirilməsi kimi məsələləri izah edib.

Tədqiqatçı yerli və xarici mütəxəssislərin bu sahədə apardığı tədqiqatları şərh edib, akademik mühitdə aktuallıq kəsb edən və mühüm elektron resurslar hesab olunan “Google Scholar”, “Web of Science”, “Scopus” kimi beynəlxalq elmmetrik platformalar barədə məlumat verib. Məruzədə elektron biblioqrafik resursların müxtəlif əlamətlər üzrə təsnifləşdirilən növləri, o cümlədən bu resursların Azərbaycan kitabxanalarında yaradılması və yayımı təcrübəsindən də bəhs olunub. Azərbaycan Milli Kitabxanasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının biblioqrafik resursları təhlil edilib.

Elmi seminar müzakirələrlə yekunlaşıb.

 

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026