BDU-da “Elm günü”nə həsr olunmuş müsabiqə keçiriləcək - ELAN

21/02/2019

Bakı Dövlət Universiteti üzrə 11 fevral 2019-cu il tarixli, R-17 saylı əmrə əsasən 27 mart 2019-cu il tarixində universitetdə “Elm günü”nə həsr olunmuş müsabiqə keçiriləcək. Şərtlərə görə, müsabiqədə yalnız hazırda Bakı Dövlət Universitetində çalışan əməkdaşlar iştirak edə bilərlər. Müsabiqədə iştirak edəcək namizədlər uyğun müraciət formasını doldurmalı və öz imzaları ilə təsdiq etməlidirlər.

Təbiət elmləri sahəsində tədqiqatlar aparan namizədlər müsabiqədə “Ən məhsuldar müəllif”, “Ən çox istinad edilən müəllif”, “Ən yüksək H-indeksli müəllif” nominasiyaları üzrə iştirak edə bilərlər. Humanitar elmlər üzrə və 35 yaşı tamam olmamış elmi tədqiqatçılar isə “Web of Science” bazasının, SCI-Exp, SSCI və A&HCI indeksləri olan jurnallarda çap olunmuş məqalələrin sayı nəzərə alınmaqla qalib seçiləcəklər. Müraciət formaları 1 mart 2019-cu il tarixinə qədər uyğun struktur rəhbərləri tərəfindən toplanaraq Cəbr və həndəsə kafedrasının əməkdaşı Vüsalə Qasımovaya (Yeni tədris korpusu, 517 saylı otaq) təqdim edilməlidir.

Qaliblər mükafatlandırılacaqlar.

Müsabiqə haqqında elan

Müraciət forması

Xəbərlər

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər
29/07/2026

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur
29/07/2026

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib
29/07/2026