BDU-da elmi ədəbiyyatın redaktəsinə dair debat

27/02/2026

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 27 mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş silsilə tədbirlər çərçivəsində “Elmi ədəbiyyatın redaktəsi” mövzusunda debat keçirilib.

Debatın moderatoru, BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan bildirib ki, elmi ədəbiyyatın redaktəsi mətnin elmi standartlara cavab verməsi, məntiqi ardıcıllığın təmin edilməsi və dil qüsurlarının aradan qaldırılması prosesidir. Bu proses həm məzmunun dürüstlüyünü, həm də texniki tərtibatın beynəlxalq tələblərə uyğunluğunu təmin edir.

Debatda bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələrdən ibarət iki komanda formalaşdırılıb. Komandalardan biri onlara təqdim olunmuş müxtəlif elm sahələrinə dair mətnlər haqqında fikir söyləyərək terminlər, faktlar, statistik göstəricilər, dil standartları ilə bağlı öz arqumentlərini əsaslandırıblar. Digər komandanın üzvləri isə onların mülahizələrini geniş şəkildə müzakirə ediblər.

Sonda dosent Knyaz Aslan tələbələrin suallarını cavablandırıb, cavablarını qiymətləndirib, bu kimi debatların tələbələrin tənqidi təfəkkürünün və elmi yazılarla işləmək bacarıqlarının inkişaf etdirilməsində xüsusi rol oynadığını qeyd edib.

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026