BDU-da elmi dərəcələrin verilməsində elmi əsərlərə qoyulmuş tələblərə dair seminar keçirilib

13/03/2025

Bakı Dövlət Universitetində (BDU) 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) sədrinin müavini, fizika elmləri doktoru, dosent Sakin Cabarov tərəfindən “Elmi dərəcələrin verilməsində elmi əsərlərə qoyulmuş tələblər” mövzusunda elmi seminar keçirilib.

Sakin Cabarov Ali Attestasiya Komissiyasının son illərdəki fəaliyyəti, elmi dərəcələrin verilməsində elmi əsərlərə qoyulmuş tələblər barədə ətraflı məlumat verib. Bildirib ki, elmi dərəcələrin verilməsi üçün elmi əsərlərə qoyulan tələblər konkret elm sahəsinə görə müəyyən edilib. Dəqiq və təbiət, humanitar və ictimai elm sahələri üzrə bu tələblər fərqlidir. Məruzəçi indekslənən jurnallarda dərc olunan elmi əsərlərin daha çox olmasının arzuolunan olduğunu qeyd edib və Azərbaycanda 18-ə yaxın indekslənən jurnalın çap olunduğunu nəzərə çatdırıb. O, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almaq üçün elmi əsərlərin, o cümlədən indekslənən jurnallarda dərc olunan elmi əsərlərin tələb olunan sayı barədə də iştirakçıları məlumatlandırıb.

AAK sədrinin müavini beynəlxalq konfranslar üçün təqdim edilən elmi məqalələrə də xüsusi diqqət yetirməyin vacibliyini vurğulayıb. O, bəzi hallarda bu məsələyə səthi münasibət bəslənildiyini, formal təşkil olunan konfranslara material təqdim etməyin qeyri-ciddi yanaşma olduğunu bildirib. Sakin Cabarov Ali Attestasiya Komissiyasının rəsmi veb-səhifəsində doktorantları və tədqiqatçıları maraqlandıran bütün məlumatların əks olunduğunu nəzərə çatdırıb.

Seminar iştirakçıların çoxsaylı suallarının cavablandırılması və müzakirələrlə davam edib.

Xəbərlər

“Uzunömürlülük: bioloji və texnoloji determinantlar” – Elmi seminar

“Uzunömürlülük: bioloji və texnoloji determinantlar” – Elmi seminar
17/04/2026

BDU və Özbəkistanın Buxara Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Özbəkistanın Buxara Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb
16/04/2026

BDU tələbələri Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda tədris təcrübəsində

BDU tələbələri Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda tədris təcrübəsində
16/04/2026